Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Prezident seçkiləri yüksək səviyyədə keçmişdir

13 aprel 2018 | 09:04

Aprelin 11-də ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Prezident postu uğrunda 8 namizəd mübarizə aparmışdır.  Yüksək seçici fəallığı ilə keçən  səsvermə prosesini çox nüfuzlu qurumların müşahidəçiləri izləmişlər. Min məntəqədə quraşdırılmış veb-kameralar səsvermənin gedişini onlayn izləməyə imkan vermişdir.
     Azərbaycan Respublikası Prezidentinin seçkiləri Şəkidə də demokratik və seçicilərin fəallığı şəraitində uğurla keçirilmişdir. Seçkilərin gedişini müxtəlif siyasi partiyaları, qeyri-hökümət təşkilatları və siyasi birlikləri təmsil edən yerli, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu, Avropa Şurası Parlament Assambleyasını,  MDB-ni və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təmsil edən xarici müşahidəçilər izləmişlər. İlkin nəticələrə görə, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 28 min 37 nəfər və ya seçicilərin 73,24 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 30 min 31 nəfər və ya seçicilərin 76,82  faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə 28 min 687 nəfər və ya seçicilərin 77,06  faizi səsvermədə iştirak etmişdir.
    Mərkəzi Seçki Komissyasının açıqladığı ilkin nəticələrə görə, Prezident İlham Əliyev seçicilərin  3 milyon 397 min 664-nün, yaxud 86,03 faizinin səsini qazanmışdır. Cənab İlham Əliyev çox böyük səs üstünlüyü ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Keçidlər