Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin “Bazar” məhəlləsində səyyar qəbul keçirilib

20 aprel 2018 | 02:04

Aprelin 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin “Bazar”  məhəlləsində səyyar qəbul keçirib.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, məhəllə sakinləri iştirak ediblər.
Görüşün əvvəlində ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunulub, Şəki şəhərində görülən işlərdən söz açılıb həyata keçirilən layihələr barədə məlumat verilib.
Məhəllə sakinləri Mais Zeynalov, Xatirə Xəlilova, Çinarə Qasımova və başqaları çıxış edərək M.Müşviq və B.Paşayev küçələrində su-kanalizasiya xətlərinin çəkilişi zamanı dağılmış asfalt örtüyün bərpası, ərazidə sahibsiz itlərin zərərsizləşdirilməsi, S.Mümtaz küçəsində bir neçə yerdə işqlanmanın bərpa olunması  və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər