Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə futzal üzrə “Şəki kuboku-2018” turnirinin açılış mərasimi olmuşdur

11 may 2018 | 13:05

Mayın 10-da Şəki Olimpiya İdman Kompleksində Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki təşkilatının və şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildünümünə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş futzal üzrə “Şəki kuboku-2018” turnirinin açılış mərasimi keçirilmişdir.
      Şəki şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında keçirilən turnirdə həmin qurumları təmsil edən 21 komanda iştirak edir.
      Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirmişdir ki, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan dünyada  güclü  idman ölkəsi kimi tanınır. Azərbaycanın şəhər və rayonlarında 40 dan çox Olimpiya İdman Kompleksləri istifadəyə verilmiş, idman sağlamlıq mərkəzləri inşa olunmşdur. Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə I Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları Bakıda ən yüksək səviyyədə keçirilmişdir.  Artıq Bakı  dünyanın ən böyük idman hadisəsi olan “Formula 1“ yarışlarına uğurla ev sahibliyi edir. Bütün bunlar isə ona xidmət edir ki, gənc nəsil fiziki cəhətdən sağlam və vətənpərvər ruhda böyüsün. Bu turnirin Şəki Olimpiya İdman Komplksində keçirilməsi də təsadüfi xarakter daşımır. Məhz 2002-ci ildə bu kompleksin açılışını umummlli liderimiz Heydər Əliyev etmişdir. Ulu öndərimizin  doğum günündə bu turnirin təşkil olunması hesab edirəm ki, onun xatirəsinə ən böyük töhfədir.
    İcra başçısı yarış iştirakçılarına uğurlar arzulamış və turniri açıq elan etmişdir.
    Turnirdə ilk oyun Şəki Şəhər İcra Hakimiyyəti ilə “12 №-li yol istismarı” MMC-nin komandaları arasında baş tutmuşdur. Qarşılaşma 1:3 hesabı ilə 12 №-li yol istismarı” MMC-nin komandasının xeyrinə bitmişdir.
    Qeyd edək ki, turnir mayın 28-dək davam edəcək.

Keçidlər