Şriftin ölçüsü :

Saytın rəngi :

Mirbala Səlimli: İnanırıq ki, Şəki Beynəlxalq Teatr Festivalı uzunömürlü olacaq

17 may 2018 | 01:05

Şəki festivallar şəhəridir və hər il burada bir neçə beynəlxalq festival keçirilir. Bu festivallar, həqiqətən də qədim tarixə, zəngin mədəniyyətə və bənzərsiz gözəlliyə malik olan Şəkiyə çox yaraşır. Biz hamımız inanırıq ki, Şəki Beynəlxalq Teatr Festivalı uzunömürlü olacaq, şöhrəti ildən-ilə artacaq.
Bu sözləri Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Üçüncü dəfədir keçirilən beynəlxalq festivala ev sahibliyi etməkdən qürur duyduqlarını vurğulayan baş rejissor festivalın Şəkidə keçirilməsinin teatrın gələcək fəaliyyəti üçün çox önəmli olduğunu bildirib. “Bu festival sayəsində bizim başqa ölkələrin teatrları ilə dostluq əlaqələrimiz yaranır, həmin ölkələrdə keçiriləcək festivallarda iştirak etmək şansımız artır. Təsadüfi deyil ki, teatrımız beynəlxalq festivallarda iştirak etmək üçün artıq bu ölkələrdən dəvətlər də alır”, - deyə Mirbala Səlimli qeyd edib.

Keçidlər