Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd edilmişdir

07 iyun 2018 | 04:06

İyunun 5-də Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayram günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Şəkidə su təsərrüfatı və meliorasiya sahəsində çalışan əmək kollektivlərinin nümayəndələri iştirak etmişlər.
      Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüş, Mərkəzdə nümayiş olunan dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Daha sonra keçirilən tədbirdə çıxış edənlər meliorasiya və su təsərrüfatı sahəsində ölkədə və Şəki şəhərində görülən işlərdən danışmış, bu sahədə çalışanları peşə bayramları münasibətilə təbrik etmişlər.

Keçidlər