Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü şərəf tariximizdir

16 iyun 2018 | 06:06

Ölkəmizin hər yerində olduğu kimi Şəkidə də 15 İyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilir.

Tədbirlərdə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunur, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldiyi vurğulanır.

Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edilir, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır. Bildirilir ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.
   İyunun 15-də Milli Qurtuluş günü münasibətilə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binasının qarşısındakı abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərə hörmət və ehtiramlarını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.

Keçidlər