Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Kiş kəndində səyyar qəbul keçirilib

22 iyun 2018 | 04:06

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 21-də Şəkinin Kiş kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Qəbulun əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuş, həmçinin Şəki şəhərində həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Kənd sakinləri Güldəmir Alıyev, Nəzir Kərimov, Kamil Kərimov və başqaları çıxış edərək kəndin “Duluzlar” və “Cavan” məhəlləsinə qaz xəttinin çəkilməsini, qəza vəziyyətində olan elektrik dirəklərinin və xəttlərinin yenisi ilə əvəz olunmasını, Kiş kənd həkim ambulatoriyasına təcili tibbi yardım avtomobilinin verilməsini  və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər. 
Sonda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər