Şriftin ölçüsü :

Saytın rəngi :

Daşüz kəndində səyyar qəbul keçirilib

13 iyul 2018 | 09:07

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 12-də Şəkinin Daşüz  kəndinin sakinləri ilə görüşüb.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
     Görüşün əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur. Bildirilmişdir ki, son dövdə Daşüz kəndinə təbii qaz verilib, 2 ədəd subartezian quyusu qazılıb, kənddaxili yollar cari təmir olunub.
Kənd sakinləri Xəzəngül Quliyeva, Azad Zamanov və başqaları çıxış edərək qəzalı vəziyyətdə olan elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi, kənd uşaq bağçasının əsaslı təmir olunması, yay aylarında subartezian quyularının debitinin azalması səbəbli  yaranan içməli su probleminin həllinə köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər