Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin I Biləcik kəndində səyyar qəbul keçirilib

20 iyul 2018 | 10:07

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 19-da Şəkinin I Biləcik kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Qəbulun əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuş, həmçinin Şəki şəhərində həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Kənd sakinləri Xalis Xasıyev, Həşim Məmmədov, Məmməd Mustafayev və başqaları çıxış edərək I Biləcik  kənd tam orta məktəbinin istilik sisteminin təbii qazla işləməsi üçün rekonstruksiya olunmasına, kəndin yeni yaşayış massivinin içməli su probleminin həlli və ərazidə əlavə transformator quraşdırılmasına, kəndarası yolların əsaslı təmir edilməsinə köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər