Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Baş Küngüt kəndində səyyar qəbul keçirilib

27 iyul 2018 | 10:07

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 26-da Şəkinin Baş Küngüt  kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Kənd sakinləri  Ehtiram Məmmədov, Lətif  Lətifov, Rüfət Mahmudov, Habil Hümmətov və başqaları çıxış edərək kənddə uşaq bağçası olmadığından yeni məktəbəqədər tərbiyə müəssisəsinin yaradılmasına, 5 km-lik məsafədən kəndə içməli su xəttinin çəkilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, məktəbin girişindəki körpünün ətrafının seldən mühafizəsinə köməklik göstərilməsini və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər