Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ilə İsrail arasında əlaqələr bütün sahələrdə uğurla davam etdirilir

07 avqust 2018 | 08:08

Bu fikiri İsrailin Azərbaycandakı səfiri Dan Stav  respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində avqustun 6-da Şəki Şəhər İcra Hakimiyyətində şəhər rəhbərliyi ilə keçirdiyi görüş zamanı səsləndirilib.
    İcra hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə məlumat verib.
    Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən söhbət açılıb, israilli iş adamlarının regiona cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilib.

Keçidlər