Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 93-cü ildönümü onun doğulduğu Şəki şəhərində qeyd edilib

17 avqust 2018 | 08:08

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Əsərləri və ictimai fəaliyyəti ilə bütün türk dünyasının sevimlisi olan qüdrətli sənətkar 16 avqust 1925-ci ildə Şəkidə anadan olmuşdur. Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün səhərimizdə xalq şairinin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilmiş, onun adını daşıyan parkda ucadılmış abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Şəki Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nakam adına Mərkəzi Kitabxanasında “Poeziyamızın Bəxtiyarı” adlı kitab sərgisi təşkil olunmuş və sənətkarın ədəbiyyatımız tarixində xidmətlərinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafında xidmətlərindən geniş şəkildə bəhs etmişlər. Bədii qiraət ustalarının və şagirdlərin ifasında şairin ayrı-ayrı şeirlərindən nümunələr səsləndirilmişdir.

Keçidlər