Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Baş Şabalıd kəndində səyyar qəbul keçirilib

17 avqust 2018 | 10:08

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 9-da Şəkinin Baş Şabalıd kəndinin sakinləri ilə görüşüb. Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Kənd sakinləri  Bəkir Bəkirov,  Bacıxanım Məmmədova, Səlim Səlimov və başqaları çıxış edərək Baş Şabalıd kəndinə  təbii qazın verilməsini, qəzalı vəziyyətdə olan elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsini, kənddə cəmi 51 evdə telefon olduğunu nəzərə alaraq digər evlərin də telefonlaşdırılmasını və sürətli internetlə təminatını və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər