Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Bilik Fondunun təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

22 avqust 2018 | 10:08

2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası  Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avqustun 20-də Şəki şəhərində milli-mənəvi və mədəni dəyərlərin təbliği istiqamətində maarifləndirici tədbir keçirilib.
    Şəki MKS-nin Nakam adına Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 2018-ci il 10 yanvar tarixli sərəncamlarının mühüm tarixi-siyasi, milli-mənəvi əhəmiyyəti xüsusi vurğulanıb.
      Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət siyasətində varislik prinsipinin hazırda uğurla davam və inkişaf etdirildiyi konkret faktlarla diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa rəhbərliyi və təşkilatçılığı ilə işlənib hazırlanan, uğurla yerinə yetirilən Azərbaycan dövlətinin mədəniyyət siyasətinin prioritetləri, sosial məqsədlər və mənəvi dəyərlər baxımından kulturoloji mahiyyəti, qanunvericilik təminatı, həmçinin milli mədəniyyətin mahiyyəti və onun mühafizəsinə dair dövlət tədbirləri və digər mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.
     Tədbirdə bu bölgənin Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixi barədə AMEA-nın əməkdaşı, şimal-qərb bölgəsinin tədqiqatçı alimi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin mühazirələri dinlənilib. Mühazirələrdə şimal-qərb bölgəsi əhalisinin, başda Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət rəhbəri Fətəli xan Xoyski olmaqla, bu torpağın yetirmələrinin dövlətçiliyimizin bərqərar olmasında, qorunub saxlanması və möhkəmlənməsində mühüm xidmətləri tarixi faktlarla diqqətə çatdırılıb.
      Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, qurucularının adlarının əbədiləşdirilməsinə dair dövlətimizin başçısının imzaladığı sənədlərin mahiyyəti, tarixi əhəmiyyəti geniş şərh olunub, dinləyicilərin sualları cavablandırılıb.
      İştirakçıların diqqətinə çatdırılıb ki, Bilik Fondunun “Cümhuriyyət tariximiz, qürurumuzdur” layihəsi çərçivəsində bu ilin əvvəlindən indiyədək qurum tərəfindən 100-dən çox tədbir keçirilib. “Azərbaycan Xalq Cümhuriyyəti dövrü haqqında nə bilirik?” mövzusunda keçirilən respublika müsabiqəsində şimal-qərb bölgəsinin gəncləri də xüsusi fəallıq göstəriblər.

Keçidlər