Şriftin ölçüsü :

Saytın rəngi :

Fuad Muradov: Diaspor gənclərinin ilk dəfə keçirilən yay düşərgəsinə maraq böyükdür

26 avqust 2018 | 05:08

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar Komitə olaraq qərara aldıq ki, diaspor gənclərinin I yay düşərgəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunsun. Bizim böyük planlarımız var. İstəyirik ki, belə düşərgələri ildə bir neçə dəfə təşkil edək. Çünki bu layihəyə çox böyük maraq var. Biz bu qədər böyük marağın olacağını gözləmirdik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şəkidə diaspor gənclərinin I yay düşərgəsinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Komitə sədri bildirib ki, düşərgə iştirakçılarının seçimi tam şəffaf şəraitdə, qeydiyyat aparılaraq həyata keçirilib. Builki düşərgədə dünyanın 37 ölkəsindən 140 gənc iştirak edir. Müraciətlərin sayı isə 700-dən çox olub.
“İnanıram ki, gənclər gələcəkdə Azərbaycanı xaricdə çox yaxşı təmsil edəcəklər. Biz onlarla fəxr edəcəyik”, - deyə Fuad Muradov bildirib.

Keçidlər