Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili məzunlardan 880 nəfər tələbə adını qazanıb

29 avqust 2018 | 02:08

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1279 nəfər şəkili məzundan 880 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500 baldan, o cümlədən 81 nəfər 600 baldan yuxarı nəticə göstərib. Məzunlardan 43 nəfərinin nəticəsi 650 baldan yuxarı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.
Builki qəbul imtahanlarında Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova ən yüksək nəticə əldə edərək 700 bal toplayıb. Həmin liseyin daha bir məzunu Yusif Xəlilli və şəhər 11 saylı tam orta məktəbin məzunu Aytən Xəlilova 695 bal, Şəki şəhər 5 və 7 saylı tam orta məktəblərin məzunları Aysel Abdullayeva və Fərid Məmmədov isə qəbul imtahanlarında 690 bal toplamağa müvəffəq olublar.

Keçidlər