Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin İnçə kəndində səyyar qəbul keçirilib

07 sentyabr 2018 | 08:09

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın  6-da Şəkinin İnçə kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Kənd sakinləri  Mətanət Əliyeva, Nəriman Umudov, İbrahim Əkbərov və başqaları çıxış edərək İnçə-Zunud  kənd uşaq bağcasının əsaslı təmir olunmasına, elektrik verilişi zamanı qəza səbəbli yaranan açılmaların operativ həll olunması üçün kəndə növbətçi elektrik çilingərinin təyin edilməsinə, kənd təsərrüfatı məhsullarının daşınması üçün  Şəki-Qax  avtomobil yoluna  birləşən  təsərrüfat yollarının hündürlük səviyyəsinin düzəldilməsinə köməklik göstərilməsini və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər