Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illik yubileyi münasibətilə Şəkidə ağacəkmə aksiyası keçirilib

30 sentyabr 2018 | 11:09

Sentyabrın 29-da Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illik yubileyi münasibətilə Şəki şəhərində ağacəkmə aksiyası keçirilib.
     Ağacəkmə aksiyasında rayon rəhbərliyi, Şəki rayon prokurorluğunun əməkdaşları və şəhər ictimaiyyətin nümayəndələri yaxından iştirak edib.
    Aksiya çərçivəsində Şəki-Qax yolunun şimal-qərb hissəsində, yeni inşa olunan Heydər Əliyev Mərkəzinin yaxınlığında yüz ədəd h əmişəyaşıl şam ağacları əkilib.
     Ərazidə yaşıllaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər