Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin İbrahimkənd kəndində səyyar qəbul keçirilib

02 oktyabr 2018 | 08:10

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 30-da Şəkinin İbrahimkənd  kəndinin sakinləri ilə görüşüb. Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Kənd sakinləri  Nurməmməd Orucov, Məzahir Mustafayev, Təranə Əhmədova, İsmayıl  Əyyubov və başqaları çıxış edərək kənddə EATS quraşdırılması və sakinlərin internetə çıxışının təmin olunmasına, kommunal xərclərin ödənilməsi üçün kənddə ödəmə terminalının quraşdırılmasına, yeni yaşayış massivində subartezian quyusunun qazılmasına, İbrahimkənd kənd tam orta məktəbi üçün yeni bina tikilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər