Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə gələn ilin məhsulu üçün 67 min hektar sahədə taxıl səpini proqnozlaşdırılır

10 oktyabr 2018 | 00:10

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün taxıl səpininə başlanılıb. Kampaniyanın ilk günlərində rayonun Bolludərə, Qaratorpaq, Qayabaşı, Turan və Sarıca ərazilərində 150 hektar sahəyə buğda, 808 hektar sahəyə dən üçün arpa və 206 hektar sahəyə xəsillik arpa səpilib. Ümumiyyətlə, rayonda gələn ilin məhsulu üçün 67 min hektar sahədə taxıl səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Mərkəzin təmsilçisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək 43,6 min hektar sahədə şum aparılıb, 14 min tona yaxın toxum fondu yaradılıb. Səpin zamanı, əsasən yerli toxumçuluq təsərrüfatlarının istehsal etdiyi yüksək reproduksiyalı buğda və arpa toxumundan istifadə olunur. Səpin kampaniyasına 200-dən çox şum traktoru, 105 toxumsəpən aqreqat, 400-dək traktor, qoşqu, mala və digər texnika cəlb edilib.

 

Keçidlər