Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Şəki şəhərinə səfər edib

14 oktyabr 2018 | 05:10

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk oktyabrın 12-də  Şəki şəhərinə səfər edib.
     Səfər çərçivəsində Baş Konsul Zeki Öztürk şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.
    Görüş zamanı icra başçısı qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində müxtəlif beynəlxalq səviyyəli festivallar keçirilir.
     Baş Konsul Zeki Öztürk Şəkidə olmağından məmnun olduğunu, qədim tarixi olan Şəkinin onda yüksək təəssürat oyatdığını bildirib.
    Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.  
    Sonda  qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
    Şəkiyə səfəri çərçivəsində qonaq Şəki Xan Sarayı ilə tanış olub, “Azəripək” MMC-yə baş çəkib.

Keçidlər