Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı məktəblisi: Vətənimizin hər bir guşəsinin özünəməxsus gözəlliyi var

20 noyabr 2018 | 09:11

Vətənimizin hər bir guşəsinin özünəməxsus gözəlliyi var. Mən Şəkidə heç vaxt olmamışam. Qədim tarixə malik bu diyar haqqında kitablar vasitəsilə xeyli məlumat almışam. Ancaq indi öz gözlərimlə gördüm. Hər kəsə bura gəlməyi və bu gözəl yerləri görməyi məsləhət görərdim. Həqiqətən, Azərbaycanın bütün guşələri gözəldir.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın iştirakçısı, Xızı rayonunun Baxışlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Nuray Baxışova Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Tur-aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən Xızı məktəblisi fikirlərini belə ifadə edib: “Mən bu layihəni çox bəyənirəm. Prezidentimizin təşəbbüsü ilə gerçəkləşən bu aksiya ölkəmizi yaxından tanımaq, tarixini öyrənmək, təbiət gözəllikləri ilə tanış olmaq üçün çox yaxşı vasitədir. Yaşadığımız ölkəni özümüz yaxşı tanımalıyıq ki, onu başqalarına da tanıda, sevdirə bilək. Gərək Azərbaycan tarixini dərindən öyrənək. Bir var kitabdan oxuyasan, bir də var öz gözlərinlə görəsən”.

Keçidlər