Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhəri daha bir şəhərlə qardaşlaşdı

29 noyabr 2018 | 07:11

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun başçılıq etdiyi Şəki şəhərinin nümayəndə heyəti Xorvatiyanın Varajdin şəhərində rəsmi səfərdə olub.
    Səfər çərçivəsində noyabrın 27-də nümayəndə heyətinin üzvləri Varajdin şəhərinin meri İvan Çehokla görüşüblər.
     Sonra Şəki şəhərləri ilə Xorvatiyanın Varajdin şəhəri arasında dostluq və əməkdaşlıq xartiyasının imzalanma mərasimi keçirilib.
     Mərasimdə çıxış edən Varajdin şəhərinin meri İvan Çehok xartiyanın əhəmiyyətinə toxunaraq onun iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.
    İmzalanma mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin mədəniyyəti, iqtisadiyyatı, turizm imkanları barədə məlumat vermiş, imzalanan dostluq və əməkdaşlıq xartiyasının şəhərlərin sakinləri arasında humanitar, mədəni, turistik və iqtisadi əlaqələrin yaranmasında mühüm rol oynayacağını vurğulamış, mer İvan Çehoku Şəki şəhərinə dəvət etmişdir.
     Sonra tərəflər bir-birinə xatirə  hədiyyələri təqdim etmişlər.
     Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Zaqreb Universitetinin Varajdin filialına baş çəkmiş, bu təhsil ocağının “Təşkilat və informatika” fakültesi ilə tanış olmuş, fakültənin dekanı Neven Vrceklə gorüşmüşlər.
       Nümayəndə heyətinin üzvləri, səfər çərçivəsində, Varajdin şəhərinin görməli yerləri ilə tanış olmuşlar.

Keçidlər