Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qayabaşı kəndində səyyar qəbul keçirib

06 dekabr 2018 | 08:12

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 5-də Şəkinin Qayabaşı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərən, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri İsmayıl Ələkbərov, Fikrət Hacəliyev, Abdulla Həsənov və başqaları çıxış edərək kəndarası yolların əsaslı təmiri, Qayabaşı kəndində əhalinin təmiz içməli su ilə təmin olunması üçün “Çücərmiş” adlanan ərazidən kəndə gələn su xəttinin mənbəyində subartezain quyuları qazılaraq suyunun həmin xəttə qoşulması,  Qayabaşı kənd tam orta məktəbin əsaslı təmiri və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər