Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı İkinci Biləcik kəndinin sakinləri ilə görüşüb

08 dekabr 2018 | 07:12

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 6-da Şəkinin İkinci Biləcik kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
     Kənd sakinləri Xalis Xasıyev, Etibar Aslanov, Səməd Yunusov və başqaları çıxış edərək kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsi,  kənddə yeni məktəb binasının tikilməsi və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər