Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aydınbulaq kəndində səyyar qəbul keçirib

14 dekabr 2018 | 08:12

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 13-də Aydınbulaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi kəndlərin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Azad Səfərov, Ələddin Novruzəliyev, Əlövsət Qurbanov, Sədrəddin Əyyubov və başqaları çıxış edərək Aydınbulaq  kəndinə təbii qazın verilməsi, ərazidə bankomat quraşdırılması, Aydınbulaq  kəndindəki tibb məntəqəsi üçün yeni bina tikilməsinə köməklik göstərilməsi, Əliyar kəndində uşaq bağçası olmadığından yeni məktəbəqədər tərbiyə müəssisəsinin yaradılması, Aşağı Daşağıl kəndində kanal kənarlarına tut tingi əkilməsinə razılıq verilməsi və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər