Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 303 arıçıya 121 min manatdan çox subsidiya veriləcək

09 yanvar 2019 | 02:01

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, Şəki rayonu üzrə 303 arıçının təsərrüfatındakı 12 min 133 arı ailəsi qeydiyyata alınaraq identifikasiya kodu ilə təmin edilib və sənədlər baxılmaq üçün Respublika Komissiyasına təqdim olunub. Komissiyanın iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, artıq subsidiyanı ödənilməsi prosesinə başlanılıb. Arıçılıq məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 121 min 330 manat subsidiya veriləcək.

Keçidlər