Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Küngüt kəndində səyyar qəbul keçirib

25 yanvar 2019 | 09:01

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yanvarın 24-də Şəkinin Aşağı Küngüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi kəndlərin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ötən il ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, 2018-ci ildə rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Natiq Kərimov, Behbud İsayev, Vahid Şirinov və başqaları çıxış edərək kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, qəza vəziyyətində olan elektrik dirəklərinin dəyişdirilməsi, kənd uşaq bağçasının təmiri, Çapağan kəndinə təbii qazın verilməsi və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər