Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Orta Zəyzid kəndində səyyar qəbul keçirib

01 mart 2019 | 10:02

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 28-də Şəkinin Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən, ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində respublikada, o cümlədən Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Vaqif Abdullayev, Həsən Salmanov, Xatirə Əliyeva çıxış edərək kəndə gələn mərkəzi yolun və yoldakı qəzalı vəziyyətdə olan körpünün əsaslı təmiri, Orta Zəyzid kənd 1 saylı tam orta məktəbi üçün idman zalı tikilməsi, həkim məntəqəsinin əsaslı təmiri və məntəqəyə terapevt və pediatr həkim təyin olunması və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər