Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Dağdibi” məhəlləsində səyyar qəbul keçirib

08 mart 2019 | 11:03

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 7-də Şəki şəhərinin “Dağdibi” məhəlləsinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən, ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində respublikada, o cümlədən Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Məhəllə sakinləri Tahir Ramazanov, Əhəd Abdullayev, Çimnaz Zəkəryəyeva və başqaları çıxış edərək ərazidə yerləşən qəbiristanlığın sahəsinin genişləndirilməsini, 9 saylı uşaq bağçasının qarşısında piyada zolağının çəkilməsini, sahibsiz itlərin zərərsizləşdirilməsini və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər