Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baltalı kəndində səyyar qəbul keçirib

26 aprel 2019 | 10:04

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 25-də Şəkinin Baltalı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Vidadi İbrahimov, Akif Kərimov, Fikrət Cəlilov və başqaları çıxış edərək qəza vəziyyətində olan Baltalı kənd tam orta məktəbi  üçün müasir tipli binanın tikilməsi, kənddə  qəza vəziyyətində olan və istismar müddəti bitmiş elektrik dirəklərinin dəyişdirilməsi, kəndin “Bostan yeri“ və “Çayqırağı“ adlanan məhəlləsinin keçən yolun cari təmiri və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər