Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar Şəkidə tədbir keçirilib

11 may 2019 | 02:05

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar mayın 10-da Şəki şəhərində yerləşən Heydər Əlliyev Mərkəzində bayram tədbiri keçirilib.
       Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
      Tədbirdə əvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
       Çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında mühüm bir dövrdür.  1993-cü ildə Azərbaycan xalqı dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtarmış və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib.
     Tədbirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “BUDO” döyüş növləri özrə beynəlxalq çempionatın Şəki şəhərindən olan qaliblərinə diplom və mükafatlar təqdim olunub.
    Sonra bayram tədbiri konsert proqramı ilə davam edib.

Keçidlər