Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Göybulaq kəndində səyyar qəbul keçirib

01 iyun 2019 | 04:05

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 30-da Şəkinin Göybulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsi sahəsində son dövrlər həyata keçirilən tədbirlərdən bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Əhməd Mehdiyev, Nizami Əlibəyov, Rahilə İsmayılova və başqaları çıxış edərək Göybulaq kəndində içməli su probleminin həllinə köməklik göstərilməsi, kənddəki yarasız elektrik dirəklərinin dəyişdirilməsi, Göybulaq kənd uşaq bağçasının əsaslı təmiri və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər