Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Gənclər Birliyinin V hesabat – seçki konfransı keçirilib

31 may 2019 | 10:05

30 may 2019-cu il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans başlanmazdan əvvəl konfrans iştirakçıları Ulu Öndərin şərəfinə ucaldılmış abidəni ziyarət edib gül dəstələri qoyublar.
Tədbiri YAP Şəki təşkilatının sədri Həsən Həsənov açaraq zəngin tarixə malik olan və zamanın çətin sınaqlarından çıxan Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirdiyini bildirib.
YAP Şəki təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, iqtidar partiyasının öncül və mütəşəkkil təşkilatlarından olan YAP Şəki təşkilatı üzvlərinin 4145 nəfərini və ya 35,5 faizini gənclər təşkil edir. Əvvəlki konfransdan ötən dövr ərzində 433 nəfər gənc partiya sıralarına qəbul olunub. Gənclər Birliyinin üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Vurğulanıb ki, Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət edir. Şəki gəncləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gəncliyə yaradılan gözəl imkanları ürəkdən alqışlayır, Vətənimizin daha da inkişaf etməsi, çiçəklənməsi işində qüvvələrini əsirgəmirlər.
Konfranda YAP Şəki təşkilatının fəal gənc üzvlərindən Toğrul Əliəhmədli, Günay Xəlilova, Səbuhi Bilalov, YAP Şəki təşkilatı sədrinin müavini, Şəki Şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək Gənclər Birliyinin ötən müddətdəki fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsini təklif etmişlər.
Konfransda təşkilatı məsələlərə baxılıb, YAP Şəki təşkilatı Gənclər Birliyinin Şura üzvləri, idarə heyətinin üzvləri, sədri və müavinləri seçilmişdir. Gizli səsvermə yolu ilə keçirilən seçkidə konfransda iştirak edən gənclərin əksəriyyətinin səsini qazanan Ziyad Əliəkbərli YAP Şəki təşkilatı Gənclər Birliyinin sədri seçilmişdir.
Konfransda, həmçinin respublika konfransına nümayəndələr seçilib.
Partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Konfransın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər