Şriftin ölçüsü :

Saytın rəngi :

Macar musiqiçi: Şəki festivalında iştirakımızdan çox məmnunuq

03 iyul 2019 | 07:07

Bu, mənim Azərbaycana ikinci səfərimdir. İki ay bundan əvvəl həyat yoldaşımla Bakıya gəldik, şəhəri gəzdik, Heydər Əliyev Mərkəzində, Şirvanşahlar sarayında, digər tarixi məkanlarda olduq. Paytaxtınızın qədim və müasir arxitekturası çox xoşumuza gəldi. İndiki gəlişim isə Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı ilə bağlıdır. Festivala dəvət aldığımıza görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə dərin minnətdarlığımızı bildiririk. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Macarıstanın “Kerekes Band” instrumental qrupunun rəhbəri Jombor Feher deyib. Şəkinin təbiətinin onları valeh etdiyini vurğulayan macar musiqiçi Xan sarayı ilə tanışlığın onlarda çox zəngin təəssürat yaratdığını, sarayın, həqiqətən də çox möhtəşəm bir abidə olduğunu bildirib. Şəki festivalı üçün məxsusi olaraq “Sarı gəlin” xalq mahnısını da hazırladıqlarını bildirən Jombor Feher ifalarının tamaşaçılar tərəfindən alqışlarla qarşılanmasından böyük qürur hissi keçirdiklərini vurğulayıb. Qrupun rəhbəri növbəti festivallarda da iştirak etmək arzusunda olduğunu diqqətə çatdırıb.

Keçidlər