Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində 48 mənzilli yaşayış binası tikilir

25 iyul 2019 | 02:07

Şəki şəhərində istismar müddəti başa çatmış 5 ədəd ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb.
Bina Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətindən məlumat verilib.
Şəhərin Zərifə Əliyeva küçəsində inşa edilən 4 girişdən ibarət dördmərtəbəli binanın tikintisində hazırda təməlin qoyulması üçün torpaq işləri görülür.

Keçidlər