Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Bideyiz kəndində səyyar qəbul keçirilib

09 avqust 2019 | 09:08

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 8-də Şəkinin Bideyiz  kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlərdən söz açıb, qarşıda duran mühüm məsələlərə toxunub
Kənd sakinləri Şahin İslamov, Cümşüd Məhyəddinov, Əli Xasıyev və başqaları çıxış edərək Şəki-Oğuz şose yolundan Bideyiz kəndinə gələn yolun yararsız vəziyyətdə olan 700 metrlik hissəsinin əsaslı təmir olunmasını, kəndin mərkəzi su xətlərinin əsaslı təmirinə köməklik göstərilməsini, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin  dəyişdirilməsi  və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər