Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Şirinbulaq kəndində səyyar qəbul keçirilib

30 avqust 2019 | 02:08

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov avqustun 29-da Şirinbulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri İsmət İsrafilov, Zaur Səlimov, İlham Ocaqverdiyev və başqaları çıxış edərək kəndə təbii qazın verilməsi, yeni məktəb binasının tikintisi, qəzalı vəziyyətində olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər