Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Daşbulaq kəndində səyyar qəbul keçirib

06 sentyabr 2019 | 10:09

     Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 5-də Daşbulaq kəndinin sakinləri ilə görüşüb.                                                                                 .
     Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.                                                      .
     Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.                                                                               .
     Kənd sakinləri Əsgərov Ramiz,  Mirzəliyev Azər, Yusibov Bəşir çıxış edərək kəndə gələn yolun əsaslı təmiri, ərazidəki yüksək gərginlikli elektrik dirəklərinin və xətlərinin təmiri,  kənddə təbii qazın verilməsi və  sair məsələləri xahiş etmişlər.                             .
    Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər