Şriftin ölçüsü :

Saytın rəngi :

Varajdin şəhərinin nümayəndə heyəti Şəki şəhərinə səfər etmişdir

11 sentyabr 2019 | 11:09

Sentybarın 10-da  Şəki şəhəri ilə Xorvatiyanın Varajdin şəhərləri arasında imzalanmış “Dostluq və əməkdaşlıq haqqında” xartiyaya əsasən Varajdin şəhərinin meri İvan Çehok, həyat yoldaşı Anamariya Çehok və merin müavini Sandra Malenitsa Şəki şəhərinə səfər edib.
   Səfər çərçivəsində Varajdin şəhərindən gələn nümayəndə heyəti şəhər icra hakimiyyətinin başçısı ilə görüşüb.
    Görüş zamanı şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov xorvatiyalı qonaqlara Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində müxtəlif beynəlxalq səviyyəli festivallar keçirilir.
   Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən İvan Çehok Şəkidə olmağından məmnun olduğunu bildirib.
    Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonra qarşılıqlı şəkildə  xatirə hədiyyələri təqdim olunub.
   Şəkiyə səfəri çərçivəsində qonaqlar bir sıra müəssisələrə baş çəkəcək, Şəkinin tarix və mədəniyyət abidləri ilə tanış olacaqlar.

Keçidlər