Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Şəkidə təkrar əkin sahələri 689 hektar artıb

26 sentyabr 2019 | 09:09

Məhsul yığımı başa çatdıqdan sonra bu il Şəki rayonunda 77 istehsalçı tərəfindən 1667 hektar sahədə təkrar əkin aparılıb. Təkrar əkin sahələri əvvəlki illə müqayisədə 689 hektar artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdiri bildirib ki, təkrar əkin aparılan sahələrin 1587 hektarına yaşıl yem üçün qarğıdalı, 80 hektarına isə darı əkilib. Mütəxəssisin sözlərinə görə, ölkəmizdə dən və yaşıl yem istehsalının artırılmasında əsas ehtiyat mənbələrindən biri təkrar əkinlərin tətbiq edilməsidir.

Keçidlər