Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Küdürlü kəndində səyyar qəbul keçirib

12 oktyabr 2019 | 10:10

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov oktyabrın 11-də Şəkinin Küdürlü kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Xəyyam İbrahimov, Nemət Qurbanəliyev, Oruc Əhmədov və başqaları çıxış edərək kəndə gələn avtomobil yolunun əsaslı təmiri, kənddə  qəza vəziyyətində olan və istismar müddəti bitmiş elektrik dirəklərinin dəyişdirilməsi, kəndin qazlaşdırılması və  sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər