Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cumakənd kəndində səyyar qəbul keçirib

08 noyabr 2019 | 11:11

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 7-də Cumakənd kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan,  əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Mikayıl Mikayılov, Polad Aslanov, Həmzət Məmmədov və başqaları çıxış edərək kəndə verilən təbii qazın təzyiqinin aşağı olmasını, uşaq bağçası üçün yeni binanın tikilməsini, əhalinin içməli su ilə təminantının yaxşılaşdırılması üçün artezian quyusunun qazılmasını, subsidiyaların səyyar qeydiyyatının təşkil olunmasını və  sair məsələləri xahiş etmişlər.
  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər