Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə möhtəşəm “Bayraq yürüşü” keçirilmişdir

10 noyabr 2019 | 05:11

   Noyabrın 9-da Şəki şəhərində möhtəşəm “Bayraq yürüşü” keçirilmişdir.
   Dövlət Bayrağı Günü münasibətilə Şəki Şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yürüşdə Şəki şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, idarə müəssisə və təşkilatların kollektivləri, gəncləri iştirak etmişdir.
   Yürüş iştirakçıları əllərində üçrəngli  bayraqlarla şəhərin Heydər Əliyev prospektindən Bayraq Meydanına doğru hərəkət etmişlər. Dövlət himni səsləndirildikdən sonra Dövlət Bayrağı Gününün tarixindən danışılmışdır. Yürüş bəddi kompozisiya ilə sona çatmışdır.

Keçidlər