Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində “Azərbaycan Könüllülük Həftəsi” keçirilir

04 dekabr 2019 | 04:12

Beynəlxalq Könüllülər Günü ərəfəsində ölkəmizdə könüllü fəaliyyətinin daha geniş təşviq olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan Könüllülük Həftəsi" keçirilir.

     Şəki şəhərində  "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində  bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Artıq tədbirlərə start verilmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin və Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dekabrın 2-də könüllülər, gənclər Şəki şəhərindəki Şəhidlər Xiyabanlarını ziyarət etmiş, daha sonra şəhid olan soydaşlarımızın ailələrinə baş çəkmişlər.

     Qeyd edək ki, BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən hər il üzv ölkələrdə 5 dekabr - Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Keçidlər