Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Kəldək kəndində səyyar qəbul keçirib

06 dekabr 2019 | 10:12

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 5-də Baş Kəldək kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan,  əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Baləmmədov Vüqar, Qəribli Bakıxan və başqaları çıxış edərək Şəki-Oğuz magistral avtomobil yolundan Baş Kəldək kəndinə gələn, uzunluğu 9 km olan yolun əsaslı təmir olunmasını, məişət tullantılarının içməli su mənbələrinə və meşə kənarlarına  atılmasının qarşısının alınmasını və  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər