Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb

12 dekabr 2019 | 16:00

Xalqımızın böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi,  Ulu Öndər  Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılıb.
Ulu Öndərin vəfatının on altıncı ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər, anım mərasimləri keçirilmiş, müsabiqələr, sərgilər təşkil olunmuşdur. Bu tədbirlərdə bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Heydər Əliyevin yorulmaz fəaliyyətinin ən müxtəlif məqamlarına toxunulmuş, ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunmuşdur.
Dekabrın 12-də isə şəhər saatlarından başlayaraq şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri Ulu Öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.
Ulu öndərin vəfatının ildönümü ilə əlaqədar bu gün məscidlərdə böyük şəxsiyyətin ruhuna dualar oxunacaq, şəhər icra hakimiyyəti tərəfindən aztəminatlı alilələr üçün ehsan süfrəsi açılacaqdır.

Keçidlər