Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Zəyzid kəndində səyyar qəbul keçirib

16 yanvar 2020 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yanvarın 16-da Baş Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və Şəkidə ötən il görülmüş işlərdən və əldə olunmuş nailiyyətlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
       Kənd sakinləri Zəkəryəyev İsgəndər, Yusifov İrşad, Abdulsəmədov Əli  və başqaları çıxış edərək Baş Zəyzid kəndində qazlaşdırılmayan 140 evə təbii qazın çəkilməsinə  köməklik göstərilməsini, kənddəki yararsız elektrik dirəklərinin və xətlərin dəyişdirilməsini, uşaq bağçası yerləşən ərazidə içməli su probleminin həlli məqsədilə bir ədəd artezian quyusu qazılmasına köməklik göstərilməsini və  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər