Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Şəkidə baramaçılıq sahəsində 3 minədək insan işlə təmin olunub

10 fevral 2020 | 16:00

Qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin dirçəldilməsi ölkə rəhbərliyi tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Son illər şimal-qərb bölgəsinin digər rayonları kimi, Şəkidə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb.
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artmasına çox yaxşı təsir göstərir. Belə ki, ötən il Şəkidə baramaçılıq sahəsində 3 min nəfərədək kənd sakini işlə təmin olunub. Kümçü ailələri 30-40 gün müddətində barama istehsalından 432 min manat gəlir əldə ediblər.

Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son illər rayon ərazisində 446 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 202 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.

Keçidlər