Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü Şəkidə silsilə tədbirlərlə qeyd olunmuşdur

26 fevral 2020 | 16:00

Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsindən iyirmi səkkiz il ötür. Faciənin iyirmi səkkizinci ildönümü Şəki şəhərində silsilə tədbirlərlə qeyd olunmuşdur. Tədbirlər planına uyğun olaraq, bütün idarə, müəssisə və təşkilatlarda, kənd və qəsəbələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmiş, təhsil  və mədəniyyət müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri təşkil olunmuşdur.
     Fevralın 26-da Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar Şəki şəhər ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etmişlər.  Ziyarətçilər şəhid məzarlarının önünə gül qoymuş, onların xatirəsini ehtiramla yad etmişlər.
Şəhidlər Xiyabanına gedən yolda “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir" və s. şüarlar nümayiş etdirilmişdir. Həmin gün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilmişdir.
   Faciənin ildönümü ilə bağlı ilə rayonda məskunlaşan Xocalı məcburi köçkünləri ilə görüş keçiriləcək və şəhər icra hakimiyyəti tərəfindən onlara maddi yardım göstəriləcəkdir.

Keçidlər